Get Adobe Flash player

Axtarış

Hal-hazırda saytda

We have one guest and no members online

Investisiya layihəsi həyata keçirilib

 

<<Şəki-Aqro>> Məhdud Məsuliyyətli Cəmiyyət Azərbaycan Respublikasının Şəki rayonunda Avropa stilində müasir tipli heyvandarlıq kompleksi, Hollandiya tipli pendir zavodu və yem dəyirmanı yaradılması üzrə investisiya layihəsini həyata keçirməyə başlamışdır.

  Azərbaycanda və Qafqazda unikal olacaq bu kompleksin tikintisi üçün Şəki rayonun Orta Zəyzid kəndində (keçmiş kökəltmə birliyi ərazisində) 70 hektaradək

sahə satın alınıb. Oğuz rayonun Muxas kəndi ərazisində isə 300 hektarədək sahə icarəyə götürülüb.

 Heyvandarlıq kompleksinin inşasından sonra buraya Hollandiyadan Holstein Friesian cinsli 600 baş inək gətiriləcək.

 Kompleksdə yetkin inəklər üçün iki, cavan mal-qara üçün bir ədə mexanikləşdirilmiş tövlələr istifadəyə veriləcək. Mal-qaraya nümunəvi zootexniki xidmət təşkil ediləcək.

Yağlılıq faizi yüksək olan süd emalı, heyvandarlığın yem bazasının möhkəmləndirilməsi üçün tədbirlər görüləcək.

  Layihə əsasında əhalidən taxıl, yem bitkiləri, sonrakı mərhələlərdən isə süd alınacaq və əhaliyə gəlir mənbəyi yaradılacaqdır.

 İlk başlanğıcda kompleksdə hər gün 15000 litr süd istehsal edilməsi nəzərdə tutulur.