| "Şəki Aqro
İndastris" MMC şirkəti Azərbaycan Respublikasının Şəki
Rayonunda Avropa tərzlı müasir südçülük kompleksinin, Hollandiya
pendir zavodu və kombikorm zavodunun əsasının qoyulması üçün
kapital qoyulma layihəsini yerinə yetirir |
- Azərbaycan Respublikasında, həmçinin Qafqaz ərazisində
də özünəməxsusluğu ilə fərqlənəcək bu kompleksin tikintisi
üçün Şəki Rayonunun Orta Zəyzid kəndində 70 hektar torpaq
sahəsi satın alınmışdır. (Keçmiş Kökəltmə birliyi ərazisində).
Şəki ərazisində 300 hektar (3 km2) əkin sahəsi Şəki Aqro
tərəfindən yem məhsullarının istehsalı üçün becərilir.
- Kompleksin tikintisi başa çatdıqdan sonra 600 baş Holstein
Friesian cins inəkləri gətiriləcəkdir. Süd inəklərin və
cavan mal-qaranın saxlanması üçün müasir tövlələr tikilir.
- Kompleksin ilkin süd istehsalının həcmi gün ərzində 15000
litr olacaqdır.
- Yeni pendir zavodunda müasir tipli avadanlıqların quraşdırılması
gün ərzində istehsal həcmi 1500 kq olan holland növlü bərk
pendirin istehsalı üçün şərait yaradacagdır.
- Müasir tipli kombikorm zavodu kompleksin konsentrat yem
ehtiyaclarını tamamilə təmin edəcək və konsentrat yem məhsullarının
artığı yerli bazarda satılacaqdır.
- Təxminən 200 işçi kompleksdə müxtəlif vəzifələr üzrə,
belə ki, aqronom, zootexnik, mexanik, baytarlıq, operator
və başqa kənd təsərrüfatı mütəxəssisləri fəaliyyət göstərəcəkdir.
|